Ermənistan sərhəd döyüşlərinin istintaqına başladı - həbslər olacaq

2-11-2022, 11:25           
Ermənistan sərhəd döyüşlərinin istintaqına başladı -
Ermənistanın istintaq orqanları 13 və 14 sentyabr tarixlərində baş vermiş sərhəd döyüşlərilə bağlı ciddi araşdırmalara başlayıb.

TEREF.AZ modern.az-a istinadla xəbər verir ki, bu barədə “Joğovurd” qəzeti yazıb.

Məlumata görə, istintaq orqanları hərbi hissələrin şəxsi heyətini dindirməyə başlayıb və iki gün ərzində Azərbaycan Ordusunun bu qədər mövqe üstünlüyünə malik olmasının niyə və necə baş verdiyini anlamağa çalışır.

Qəzetin məlumatına görə, yaxın vaxtlarda 13 və 14 sentyabr tarixlərində baş vermiş döyüşlərlə bağlı səhlənkarlığa yol vermiş yüksək rütbəli hərbçilərin həbsi gözlənilir.

İlk ittiham artıq ortadadır. Belə ki, N saylı hərbi hissənin yardım məntəqəsinin rəisi döyüşlər zamanı hərbi hissə komandirinin əmrinə tabe olmaqdan boyun qaçırmaqda ittiham olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru