“Rus generallar nüvə silahından istifadə ilə bağlı müzakirə aparıb”- ABŞ-dan ŞOK İDDİA

3-11-2022, 08:04           
“Rus generallar nüvə silahından istifadə ilə bağlı müzakirə aparıb”-
Rus generallar Putinin olmadığı görüşdə nüvə silahından istifadə ilə bağlı müzakirələr aparıblar.

“AzPolitika.info” xəbər verir ki, bu barədə “The New York Times” nəşri ABŞ rəsmilərinə istinadla məlumat yayıb.

ABŞ rəsmiləri iddia ediblər ki, yüksək rütbəli Rusiya hərbi rəsmiləri Ukraynada taktiki nüvə silahından nə vaxt və necə istifadə edə biləcəklərini müzakirə etmək üçün bu yaxınlarda bir araya gəliblər. Xəbərdə Rusiya Prezidenti Vladimir Putinin bu görüşdə iştirak etmədiyi bildirilir.

“Rusiya rəsmilərinin belə müzakirə aparması ABŞ-ı narahat edir. Əslində bu, rus generallarının meydandakı uğursuzluqlardan nə qədər məyus olduqlarının sübutudur. Bu, Putinin nüvə silahından istifadə ilə bağlı üstüörtülü hədələrinin sadəcə sözdən ibarət olmadığını göstərir”,- məlumatlı mənbə bildirib.

ABŞ rəsmiləri rusların cəbhədə nüvə silahı yerləşdirdiyinə və hücum üçün addımlar atdığına dair sübutların olduğunu vurğulayıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru