Moskva məhkəməsi Duqinin qızını öldürməkdə şübhəli bilinən qadınla bağlı qərar verib

3-11-2022, 12:14           
Moskva məhkəməsi Duqinin qızını öldürməkdə şübhəli bilinən qadınla bağlı qərar verib
Moskvanın Basmannı rayon məhkəməsi Rusiyalı filosof Aleksandr Duqinin qızı, jurnalist Darya Duqinyaya qarşı sui qəsdə ittiham edilən Ukrayna vətəndaşı Natalya Vovkun həbs olunması ilə bağlı qərar verib.

Belə ki, bu gün Rusiya Federasiyasının İstintaq Komitəsi Ukrayna vətəndaşı Natalya Vovkun həbsi ilə bağlı vəsatətlə çıxış edib.

Natalya Vovka qarşı Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsi ilə cinayət işi açılıb.

Xatırladaq ki, avqustun 21-də Moskva vilayətində məşhur rusiyalı filosof və publisist Aleksandr Duginin qızı Darya Duginanın olduğu “Land Cruiser Prado” markalı avtomobili partladılıb. Öldürülərkən Daryanın 30 yaşı olub. O, jurnalistika ilə məşğul olub, həmçinin siyasi və fəlsəfi mövzularda mühazirələr oxuyub.

Mənbə: Mk












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru