Britaniyalılar Liz Trassın nəhəng təsvirini yandıracaqlar – FOTO

3-11-2022, 12:53           
Britaniyalılar Liz Trassın nəhəng təsvirini yandıracaqlar – FOTO
Noyabrın 5-də Britaniyada Qay Foks Gecəsi qeyd olunacaq.

Məhz 1605-ci ilin bu gecəsi katolik sui-qəsdçiləri Britaniya parlamentinin binasını partlatmağı planlaşdırıblar. Həmin gecə protestant kralı I Yakov qanunverici orqanda parlament üzvləri və ali hakimlərin iştirakı ilə çıxış etməli idi.

Qay Foks Vestminster sarayının zirzəmisində barıt çəlləklərini yandırmağa cəhd edib. Terror aktının qarşısı iştirakçılardan birinin bu məlumatı ağzından qaçırması nəticəsində alınıb. O vaxtdan bəri Qay Foksun təsviri ənənəvi olaraq hər il atəşfəşanlıq sədaları altında yandırılır.

Edenbridcdə isə son 20 ildir ki, daha bir ənənə peyda olub. Orada Foksun əvəzinə digər məşhurların təsvirləri yandırılır. Ötən illərdə Qay Foksu Boris Conson, Donald Tramp və hətta Səddam Hüseyn “əvəz edib”. Bu il isə orta əsr sui-qəsdçisinin yerini Consondan sonra qısa müddət krallığın baş naziri olmuş Liz Trass tutacaq.

Mənbə: RenTV












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru