"Güc Allahda deyil, həqiqətdədir, biz həqiqətin tərəfində olmağa layiqikmi?..
4-11-2022, 14:34

"Güc Allahda deyil, həqiqətdədir, biz həqiqətin tərəfində olmağa layiqikmi?..
Kremlin ən qatı təbliğatçısı olan teleradio aparıcı Vladimir Solovyov "Qəhrəmanlar haqqında bilgi" marafonunun gedişində Rusiyanın Ukraynaya nədən hücum etdiyini izah edib.
TEREF.AZ moderator.az-a istinadla xəbər verir ki, bu barədə "Bilik" cəmiyyətinin saytı məlumat yayıb.
"Ukrayna Donbasda irimiqyaslı döyüş əməliyyatlarına başlamağa hazırlaşıb. Onların 200 min nəfəri olub. Səkkiz il ərzində NATO onları silahlarla təmin edib və hazırlayıb. Onlar öz vətəndaşlarının beyinlərini zəhərləyib.
Biz hədləri aşan rusofobiyanı görürük. Biz rusla bağlı nə varsa, İncildə Kain Avelə nifrət etdiyi kimi, hamısına nifrəti görürük. Əgər biz müdaxilə etməsəydik, Donbasda qurbanların sayı yüz minlərlə ola bilərdi. Biz heç nə etməyə bilərdik, lakin o zaman biz Rusiya olaraq qala bilərdikmi?"
Solovyov həmçinin növbəti dəfə deyib ki, Ukraynada Rusiya hansısa "kollektiv Qərblə" vuruşur.
"Biz bu gün Ukrayna ilə vuruşmuruq, - təbliğatçı davam edib. - NATO-nun bütün resursları və ölkələrinin iqtisadiyyatı bizə qarşıdır. Amma belə düşünsək, David heç vaxt Qoliafa qalib gələ bilməzdi.
Məsələ burasındadır ki, güc Allahda deyil, həqiqətdədir. Biz həqiqətin tərəfində olmağa layiqikmi? Biz heç nə baş vermədiyini, NATO ilə müharibənin baş vermədiyini, hər gün dinc insanların həlak olmadığını düşünərək yaşamağa davam etsək, özümüz dəyişməsək, qalib gələ bilərikmi?
Nədən məhz biz qalib gələcəyik? Axı, əgər xeyir həmişə qalib gəlsəydi, şər də olmazdı. Bizim oğlanlarımız cəbhə xəttində bunu hiss etməli və orada tək olmadıqlarını anlamalıdır. Biz qalib gəlmək üçün tarixi məsuliyyətimizi anlamalı, özümüzdə çox şeyləri dəyişməliyik".
Jurnalistin fikrinə görə, "rus dəyərləri" uğrunda mübarizədə Rusiya bu gün Çinə, Asiyaya və Afrikaya bel bağlamalıdır.
Bu zaman öz nitqinə emosional çəki vermək üçün o, 1990-cı illərin sonu-2000-ci illərin əvvəlində Rusiyanın populyar kino qəhrəmanı-killeri olan və istisnasız olaraq "həqiqət" naminə tətiyi basan Danil Baqrovun "Qardaş-2" filminin "proqram tezisi"ni səsləndirib.