“Polşa hakimiyyətinin Ukraynanı “udmaq” fikri qüvvəsində qalır” - Putin + VİDEO

5-11-2022, 08:41           
“Polşa hakimiyyətinin Ukraynanı “udmaq” fikri qüvvəsində qalır” -
"Polşa hakimiyyətinin Ukrayna ərazisini mənimsəmək ideyası ortadan qalxmayıb”.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib.

Putinin sözlərinə görə, münasibətlərdəki problemlərə baxmayaraq, Rusiya həmişə Polşaya böyük hörmətlə yanaşıb və yanaşmağa da davam edir.
Ətraflı

“Biz Polşanın siyasi bomondunun (siyasi elita) hansısa hissəsində “dənizdən-dənizə” böyük dövlət yaratmaq ideyalarından xəbərdarıq. Bu barədə İkinci Dünya Müharibəsindən əvvəl az danışılmayıb. Baltik dənizindən Qara dənizə qədər ərazini əhatə edən bu ideya dəyişməz olaraq qalırdı. İndi biz Polşa və Ukrayna liderlərinin qucaqlaşdığını görürük. Amma bu ideya axı hələ də qüvvədədir, Ukraynanı “udmaq” ideyası hələ də ortadan qalxmayıb”, - deyə Putin qeyd edib.

O, bu fikirləri Rusiya Tarixinin və Rusiya Hərbi-Tarixi Cəmiyyətlərinin bərpasının onuncu ildönümü münasibətilə keçirilən tədbirdə tarixçilər və Rusiyanın ənənəvi dinlərinin nümayəndələri ilə görüşü zamanı bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru