İranın Moskvaya göndərdiyi nəqliyyat təyyarəsində kamikadze-dronları ola bilər - KİV

6-11-2022, 08:44           
İranın Moskvaya göndərdiyi nəqliyyat təyyarəsində kamikadze-dronları ola bilər - KİV
İranın noyabrın 3-də Moskvaya göndərdiyi nəqliyyat təyyarəsində kamikadze-dronları ola bilər. “Report” xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, “İl-76” təyyarəsi noyabrın 3-ü səhər tezdən Tehrandan havaya qalxaraq günorta saatlarında Moskvadakı “Vnukovo” hava limanına enib.

“Bild”in hərbi eksperti Yulian Röpke qeyd edir ki, uçuş ABŞ-ın sanksiyalar siyahısında olan “Pouya Air” aviaşirkəti tərəfindən həyata keçirilib. Eyni zamanda ABŞ Maliyyə Nazirliyi bu aviaşirkətin təyyarələrinin qeyri-qanuni yüklərin daşınması üçün istifadə olunduğunu iddia edir.

Y.Röpke hesab edir ki, məhz “İl-76”da rusların Ukraynaya qarşı müharibədə fəal şəkildə istifadə etdiyi “Shahed-136” dronlarının yeni partiyası Moskvaya gətirilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.