Erməni keşiş SAYAQLADI: “Bayrağımız yenidən Kəlbəcərdə, Araz vadilərində, Şuşa və Hadrutda dalğalanacaq”

6-11-2022, 09:32           
Erməni keşiş SAYAQLADI:
İrəvanda keçirilən mitinqdə erməni keşiş sərsəm çıxış edib.

Sozcu.az xəbər verir ki, bunu mayın 5-də Yerevanın Fransa meydanında mitinqdə Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstanyan deyib.

“Təəssüf ki, siyasi maraqlar, ikili standartlar, nisbi əxlaq həqiqət və ədalətdən daha çox çəkiyə malikdir. Yəni bu gün bizim haqqımız yoxdur.

Ona görə də Qarabağın, bütün erməni icmasının haqqı var, çünki ölkəmiz sudan çox qanla dolub. Qarabağ heç vaxt düşmən qüvvələrinin bir hissəsi olmayacaq. İnanıram ki, erməni üçrəngli bayrağı yenidən Kəlbəcər yamaclarında, Araz vadilərində, Şuşa və Hadrut yüksəkliklərində dalğalanacaq. Mən Ermənistan ordusunun şərəf və şöhrətinə inanıram”, – deyə Qalstanyan sərsəmləyib.konkret












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru