Polşa prezidenti: “Ölkə bundan sonra Avropa Komissiyasına güzəştə getməyəcəyik”

7-11-2022, 00:06           
Polşa prezidenti:
Polşa prezidenti Anjey Duda bildirib ki, ölkə bundan sonra Avropa Komissiyasına güzəştə getməyəcək.

“Report” xəbər verir ki, o, bu barədə “Sieci” jurnalına müsahibəsində bildirib.

“Qarşı tərəfdən gələn təkliflərə qarşı heç bir cavab addımı atmayacağam. Bildiyimə görə, biz Milli Bərpa Planından pul almaq üçün bütün şərtləri yerinə yetirdik, xərcləmə planımız təsdiqləndi. Bizə düşən borcun ödənilməsini gözləyirik”-deyə, o bildirib.

Duda hesab edir ki, Brüsseldəki bəzi siyasətçilər Polşada hakimiyyət dəyişikliyinə nail olmaq istəyirlər.

Dəqiq bilirik ki, orada (Avropa Komissiyasında – Red) Polşa dövlətinin əsas maraqlarına zidd siyasət yürüdən, Brüsseldə Polşaya zərər vurulanda əl-qolunu ovuşduran bir qrup var. Üzr istəyirəm, amma bunlar faktlardır. Eləcə də təmsilçiləri əsasən Aİ-də olan sol-liberal düşərgənin nəyin bahasına olursa olsun Polşada hakimiyyət dəyişikliyinə nail olmaq istəməsi”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru