İrəvanda mitinqlərin təşkilatçılarından biri daşnak İşhan Saqatelyandır...

7-11-2022, 08:04           
İrəvanda mitinqlərin təşkilatçılarından biri daşnak İşhan Saqatelyandır...
Ermənistanda baş nazir Nikol Paşinyana qarşı müxalifətin birgə mitinqlərini təşkil edənlərdən biri daşnak İşhan Saqatelyandır.
O İrəvanda müxalifətin 5 noyabr mitinqindəki çıxışında Ermənistan və Qarabağ uğrundakı mübarizənin növbəti mərhələsini bu şəkildə izah edib: “Biz bu mitinqlə milli birliyin Stepanakert-Yerevan-Moskva-Loc-Anceles-Beyrut-Gümrü-Toronto-Nyu-York-Afina-Sünik-Tehran mübarizənin əsasını qoyuruq”.
Müxalif daşnak Azərbaycanın ərazi bütövlüyünə qarşı mübarizədə 10 şəhərin adını çəkib.
Bu şəhərlərdə həm ermənilər yaşayır, həm də erməni separatçılığına dəstək var. Ən maraqlısı odur ki erməni separatizminə dəstək Amerika şəhərlərinin Tehranla ortaq mövqeyini ehtiva edir.
Bu məntiq hazırki ABŞ-İran qarşıdurmasına zidd olsa da, erməni məsələsində doğrulunu sübut edir.
Misal üçün ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosi ilə İran prezidenti İbrahim Rəisinin Ermənistana dəstək məsələsində baxışları üst-üstə düşür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru