Rusiya-Ukrayna savaşı: Modi "dövriyyəyə" girir

7-11-2022, 09:13           
Rusiya-Ukrayna savaşı: Modi "dövriyyəyə" girir
Hindistan Rusiya və Ukrayna arasında münaqişənin həllində vasitəçilik imkanlarını nəzərdən keçirir.

Axar.az xəbər verir ki, bu barədə yerli rəsmilərə istinadən “Nyu York Tayms" məlumat yayıb.

"Hindistan hökuməti artıq rəsmi Dehlinin uyğun vaxtda sülhməramlı səylərdə hansı rol oynaya biləcəyini müzakirə edir", - məlumatda deyilir.

Nəşrin məlumatına görə, Hindistandan olan iki məmur Fransa Prezidenti Emmanuel Makronun Hindistanın Baş naziri Narendra Modi ilə Rusiya və Ukrayna arasında sülh danışıqlarının aparılmasını müzakirə etdiyini, lakin bu ideyanın həyata keçirilmədiyini bildirib.

Qeyd olunur ki, diplomatlar Hindistan, İsrail və BƏƏ-nin birgə vasitəçilik səylərinin mümkünlüyünü də müzakirə ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru