İran öz adamlarının əli ilə Azərbaycanda gərginlik yaradmaq istəyir
7-11-2022, 11:48
İran səfirliyinin xidməti maşınında ələ keçən, Azərbaycan Ordusunun uniforması İranın sərhəddə Azərbaycanla hər hansı bir gərginlik teatrı üçün nəzərdə tutuldugunu ehtimal edə bilərik. Bu ehtimaldan da yola çıxıb, məntiqlə İranın daha öncə belə neçə teatr təşkil etməsini sual edə bilərik. Məsələn , 44 günlük vətən müharibəsi günlərində Ermənistan eks müdafiə naziri Tanoyanla şəkilləri təsadüfən mediaya sızan Azərbaycan əsgərinin geyimində olan erməni hərbiçiləri. Teref.az yazır ki, bunu politoloq Yeganə Hacıyeva deyir. Daha sonra Yeganə xanım deyir: Və ya çox yox, elə ay yarım öncə sərhəddə güya ermənini güllələyən Azərbaycan əsgəri və s. Axrıncı videonu Azərbaycanda elə ilk olaraq İranın ənənəvi dəsrəkçisi media şəbəkələr, İranla əməkdaşlığa görə dövlətə xəyanət maddəsi ilə zamanında həbs olunmuş biri, eyni keyslə həbs olunmuş diğərinin bacısı qızı ictimai qınaq adı altında tirajlamışdılar.