Çexiya XİN Rusiya rəhbərliyi üçün xüsusi tribunal yaratmağa çağırıb - FOTO

7-11-2022, 11:47           
Çexiya XİN Rusiya rəhbərliyi üçün xüsusi tribunal yaratmağa çağırıb - FOTO
Çexiya Xarici İşlər Nazirliyi Ukraynada törədilmiş hərbi cinayətlərə görə Rusiyanın ali rəhbərliyi üzərində xüsusi tribunalın yaradılmasına çağırıb.

Bu barədə Çexiyanın xarici işlər naziri Yan Lipavski “Twitter” səhifəsində yazıb.

“Çexiya Ukraynadakı cinayətlərə görə Rusiyanın ali siyasi rəhbərliyini mühakimə etmək üçün xüsusi tribunalın yaradılmasını müdafiə edən ölkələr sırasındadır. Dövlətin istənilən siyasi lideri müharibənin başlanmasına görə məsuliyyət daşımalıdır”, - o, qeyd edib.

Lipavski onu da əlavə edib ki, indi Rusiya ilə sülh danışıqlarından danışmağın vaxtı deyil, çünki o, yalnız güc dilini başa düşür.

“Bizə sərt münasibət lazımdır. Əgər təhlükəsizlik istəyiriksə, qaydalar tətbiq edilməlidir və biz onların beynəlxalq səviyyədə həyata keçirilməsini təmin etməliyik”, - XİN rəhbəri fikrini yekunlaşdırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru