Qafqazın şeyxi: "Heç bir qüvvə - nə daxildə, nə də xaricdə bizim mənəvi birliyimizi pozmağa qadir deyil"

8-11-2022, 00:07           
Qafqazın şeyxi:
"Heç bir qüvvə - nə daxildə, nə də xaricdə bizim mənəvi birliyimizi pozmağa qadir deyil".

Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə bu gün QMİ-də Zəfər Gününə həsr olunmuş tədbirdə deyib.

"Heç şübhəsiz ki, Azərbaycançılıq məfkurəsinin ayrılmaz tərkib hissəsi olan, müxtəlif etnik və dini mənsubiyyət daşıyıcısı olan Azərbaycan vətəndaşlarının bir ailənin üzvləri kimi mənəvi harmoniya şəraitində yaşamalarını təmin edən multikultural ənənələrimiz sayəsində Azərbaycan dövlətinin qüdrəti sarsılmazdır və qələbələri davamlı olacaq. Heç bir qüvvə - nə daxildə, nə də xaricdə bizim mənəvi birliyimizi pozmağa qadir deyil. Azərbaycan cəmiyyəti, Azərbaycan dindarları hər zaman dövlətçiliyimizin, dövlət rəhbərimizin yanındadırlar və onu dəstəkləyirlər", - QMİ sədri vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru