Ermənistan Prezidenti AĞ YALAN DANIŞDI: "Məscidləri biz dağıtmamışıq"
8-11-2022, 00:10

Ermənistan Prezidenti 30 il ərzində işğal altında saxladıqları torpaqlarda dağıtdıqları, tövləyə çevirdikləri məscidlər barədə ağ yalan danışıb.
KONKRET.az xəbər verir ki, Ermənistan Prezidenti Vaaqn Xaçaturyan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflərinin 27-ci Konfransı çərçivəsində Livanın Baş naziri vəzifəsini icra edən Nəcib Mikati ilə görüşüb.
Mikati deyib ki, Ermənistan-Livan münasibətləri həm siyasi, həm də ticari-iqtisadi baxımdan ən yaxşı ənənələrə malikdir. Xaçaturyan da Livan Ermənistanın ərəb dünyasındakı köhnə dostlarından biri olduğunu bildirib.
Vaaqn Xaçaturyan livanlı həmkarının diqqətini Azərbaycan Prezidenti İlham Əliyevin Ərəb Dövlətləri Liqasının bu yaxınlarda keçirilən 31-ci sammitindəki çıxışına toxunub. Prezident İlham Əliyev dağıdılmış məscidləri xatırladaraq, Qarabağ münaqişəsinin dini dözümsüzlüyün təzahürü olduğunu vurğulayıb.
Xaçaturyan həyasızcasına Azərbaycan Prezidentinin dediklərini təkzib edib.
“Ermənistanın müsəlman dünyasında çoxlu dostları var. Və adı çəkilən dağıdılmış məscidlər Sovet İttifaqı dövründə, dövlətin hər şeyi inkar edən siyasətinin davam etdiyi dövrə təsadüf edir”,- deyə Xaçaturyan gözünün içinə qədər yalan danışıb.
Livanın Baş naziri sammitdə şəxsən iştirak etdiyini vurğulayıb. Belə anlaşılmazlıqların qarşısını almaq üçün Ermənistanın ərəb dünyası dövlətləri ilə münasibətləri daha da yaxınlaşdırmaq üçün səylərini daha da gücləndirməli olduğu fikrini bildirib.