İran İlham Əliyevi hədəfə alır...

9-11-2022, 08:07           
İran İlham Əliyevi hədəfə alır...
Azərbaycan ilə İran arasında anti-təbliğat kampaniyasına start verilib. Artıq dövlət TV-ləri, qəzetləri, bütövlükdə media açıq şəkildə İranı ittiham edir.
İran da müvafiq addımlar atmaqdadır. Belə ki, azərbaycandilli "Səhər" proqramı İlham Əliyevi gözdən salmaq üçün onun atasının kürd olduğunu iddia edən sənədli film üzərində işləyir. Eyni zamanda Əliyevlər sülaləsinin PKK ilə əlaqələri haqqında məlumatları tirajlayır. Bu barədə Ermənistan mediası məlumat yayıb.
Təbii ki, Ermənistan İranla Azərbaycan arasında münasibətlərin kəskinləşməsində maraqlı tərəfdir. Ancaq Ermənistan unudur ki, İranla Azərbaycan arasında müharibə başlasa, Ermənistan ayaq altında qalacaq...
İranın son günlərdə Naxçıvanla bağlı təxribatı göz qabağındadır. Əsasən talışların yaşadığı Cənub bölgəsində separatizmin güclənməsinə də İran molları xüsusi önəm verirlər. Bu məqsədlə etnik amildən istifadə olunur. Digər tərəfdən isə İran şiə amili üzərindən sadəlövh müsəlmanları öz tərəfinə çəkməyə, onların əli ilə Azərbaycanın daxilində özünə tərəfdarlar toplamağa çalışır...
Hazırda İran rejimi ən ağır günlərini yaşayır. Mollakratiya ideoloji baxımdan iflasa uğrayıb. Belə bir fonda İranın Azərbaycana hədə-qorxu gəlməsi, son dərəcə gülüncdür...
İran bir şeyi də unudur ki, Azərbaycan Qərb üzərindən İranla bağlı kompromat materiallara özəl giriş əldə edə bilər. Yəni İranın dini və siyasi elitasının biabırçı davranışlarını ortaya qoymaqda elə bir problem olmayacaq...
Rusiya da elə zənn edirdi ki, uzağı 1 həftəyə Ukraynanı əl keçirəcək. Hələ də yerində sayır. Və abırlı məğlubiyyətə nail olmaq arzusu ilə yaşayır. Ancaq Ukrayna Rusiyanı öz ərazilərindən tamamilə qovub çıxarmaqda qərarlıdır...
Mən İranla Azərbaycan arasında müharibənin olmasını istəmirəm. Ancaq belə şeylər kiminsə istəyinə bağlı deyil. Mən əminəm ki, Azərbaycan İranı darmadağın etmək gücündədir.
Ümumiyyətlə, Azərbaycan xalqı bundan sonra İranın ideoloji təxribatlarına hazır olmalıdır. Eyni zamanda hərbi baxımdan da fars şovinistlərinə layiqli cavab vermək üçün müvafiq addımlar atılmalıdır. Əminəm ki, artıq İranla müharibənin bütün ssenari variantları masadadır. Müharibə olacağı təqdirdə hansı addımların, hansı ardıcıllıqla atılacağı bəri başdan bəllidir.
Biz hərb olmasını istəmirik, ancaq hərbə hazır olmağımız da yaşadığımız dünyanın tələbidir...
Elbəyi Həsənli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.