Dövlət Departamenti Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsindən danışıb

9-11-2022, 10:05           
Dövlət Departamenti Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsindən danışıb
“Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü tərəflər arasında etimadın və güvənin yaranmasına kömək edə bilər”.

APA xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays mətbuat konfransında deyib.

“Hər iki tərəf birlikdə işləməyə, əlaqələri davam etdirəcəyini bəyan edib. Bu indiki şəraitdə müsbət addımdır. Tərəflər yaxın həftələrdə də müzakirə üçün görüşmək barədə razılaşıblar və inanırıq ki, bu proses tərəflər arasında etimadın yaranmasına kömək edəcək. Biz bu prosesə əlimizdən gələn qədər dəstək verəcəyik”,- deyə Prays bildriib.

Tərəflərin bu ilin sonunadək sülh müqaviləsi imzalama ehtimalı ilə bağlı sualına cavabında ABŞ Dövlət Departamentinin sözçüsü deyib ki, bu Azərbaycanla Ermənistanın verəcəyi bir qərardır:

“Biz tərəflərin dayanıqlı sülhə nail olmaq istiqamətində irəliləyişin əldə edilməsi üçün əlimizdən gələni edəcəyik”,- deyə o əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru