Sergey Şoyqu Ukraynaya getdi - İDDİA

9-11-2022, 10:44           
Sergey Şoyqu Ukraynaya getdi - İDDİA
Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqunun Ukraynadakı Rusiya Qüvvələri Birləşmiş Qrupunun komanda məntəqəsinə baş çəkdiyi iddia edilir.

Bu barədə Publika.az Rusiya Federasiyası Müdafiə Nazirliyinin "Telegram" kanalına istinadla xəbər verir.

Bildirilir ki, Şoyqu Rusiya qoşunlarının komandanı Sergey Surovikinin məruzəsini dinləyib, həmçinin səfərbər olunanların təminatı məsələsini qaldırıb.

Bu komanda məntəqəsinin “xüsusi əməliyyat zonası” adlanan ərazidə, yəni Ukrayna ərazisində yerləşdiyi də ayrıca vurğulanır.

Xatırladaq ki, oktyabrda Rusiya prezidenti Vladimir Putinin müdafiə naziri Sergey Şoyqunun vəzifəsindən azad edilməsi və müharibədəki məğlubiyyətə görə günahın ona həvalə edilməsini nəzərdən keçirdiyi barədə məlumat yayılmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru