ABŞ-dan şok tələb: Gizli şəkildə Rusiya ilə işləyin!

9-11-2022, 09:43           
ABŞ-dan şok tələb:
ABŞ rəsmiləri gizli şəkildə iri banklardan bəzi Rusiya şirkətləri ilə işini davam etdirmələrini xahiş edirlər.

Axar.az xəbər verir ki, bu barədə "Blumberq" agentliyi adı açıqlanmayan mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, ölkənin Xəzinədarlıq və Dövlət Departamenti şirkətləri "JPMorgan" və "Citigroup" də daxil olmaqla, sanksiyalardan qismən azad edilən bəzi Rusiya şirkətlərinə xidmət göstərməyə davam etməyə çağırır. Bunun motivinin qlobal iqtisadi böhran ehtimalını azaltmaq olduğu iddia edilir.

Məlumata görə, Rusiya şirkətləri arasında dövlətə məxsus qaz nəhəngi "Qazprom" və gübrə istehsalçısı "PAO Uralkali" də var:

"Rəsmilər banklardan firmalara ABŞ dolları ilə hesablaşmalar, pul köçürmələri və ticarətin maliyyələşdirilməsi təklifləri kimi əsas xidmətləri göstərməyə davam etməyi tələb edirlər", - məlumatda vurğulanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru