İran kəşfiyyatı Səudiyyə Ərəbistanına: “Bizim “strateji səbrimizi” sınamayın”

10-11-2022, 20:36           
İran kəşfiyyatı Səudiyyə Ərəbistanına:
İran hakimiyyəti Səudiyyə Ərəbistanının islam respublikasında etiraz vəziyyətinin qızışdırılması ilə bağlı “strateji səbrini” sınamamağa çağırıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu İranın kəşfiyyat naziri Seyid İsmail Xətib deyib.

“İrandakı istənilən qeyri-sabitlik region ölkələrinə də sirayət edə bilər. İran indiyədək qəti mühakimə ilə “strateji səbrə” sadiq qalıb, lakin düşmən hərəkətləri davam edərsə, onu saxlayacağına heç bir zəmanət vermir”, - deyə Xətib bildirib.

Rejim qaynaqlarının bildirdiyinə əsasən, nazirin müraciəti Səudiyyə Ərəbistanından yayımlnan “İran İnternational” telekanalının “anti-İran fəaliyyəti” ilə bağlıdır. Rəsmi Tehran telekanalın əməkdaşlarının İrandakı gəncləri etiraz aksiyasına çıxmağa təşviq etdiyini bildirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru