“Xersonu itirmək Putin üçün sona bərabər bir vəziyyətdir” –

13-11-2022, 00:06           
“Xersonu itirmək Putin üçün sona bərabər bir vəziyyətdir” –
“Putinin imici və xarizması elə korlandı ki, onu çətin bərpa edə bilsin”.

"AzPolitika.info" xəbər verir ki, bunu Fransada yaşayan keçmiş rusiyalı bankir, Vladimir Putinin keçmiş dostu Sergey Puqaçov deyib.
“Onu bərpa etməsi üçün Putin gərək bütün Ukraynanı işğal etsin, o isə sadəcə mümkün deyil. Xersonu itirmək Putin üçün sona bərabər bir vəziyyətdir”, - o vurğulayıb.

Qeyd edək ki, işğalçı Rusiya ordusunun Xersonu tərk etməyə məcbur olması siyasi elitada və ekspert dairələrində ciddi suallar doğurub. Kremlin təbliğatı ilə məşğul olan məşhur ekspertlər də Kremlə suallar ünvanlayırlar. Müstəqil təhlilçilər isə Xersondakı məğlubiyyətin Putin rejimini iflas qarşısında qoyduğunu, yaxın zamanlarda Rusiya taxt-tacında ciddi dəyişikliklərin qaçılmaz olduğunu bildirirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru