Rusiyanın taleyini onlar HƏLL EDƏCƏK: "İçəri buraxmazlar, aşağı rütbəli adamdır"
13-11-2022, 10:12
"Rusiyanın taleyini G20-də dünya liderləri həll edəcək"
Publika.az xəbər verir ki, bunu yazıçı və siyasi strateq Mixail Şeytelman deyib.
O qeyd edib ki, Rusiya Pvrezidenti Vladimir Putin öz yerinə XİN rəhbəri Sergey Lavrovu göndərib, onun dövlət başçıları ilə eyni masa arxasında müzakirə aparmasına icazə verilməyəcək.
"Rusiyasız Rusiyanı müzakirə etmək olarmı? Artıq mümkündür. Rusiya diplomatik yolla özünü oyundan çıxardı. O cümlədən, Putinin G20-yə getməməsi kimi sadə bir qərar verilib. O getmir və biz onları indi G20-də müzakirə etməyəcəyik? Biz edəcəyik. Lavrov ora gedəcək. Lavrova Bayden, Si Cinpin və Şoltsla eyni masada oturmağa icazə veriləcəkmi? Onu içəri buraxmazlar, aşağı rütbəli adamdır", - Şeytelman deyib.
Siyasi strateqin sözlərinə görə, məhz G20-də gələcək dünya konsepsiyası müzakirə olunacaq və formalaşacaq.