Kreml Ankarada Rusiya ilə ABŞ arasında danışıqlar faktını təsdiqləyib 15-11-2022, 00:13 Rusiya-Amerika danışıqları həqiqətən də noyabrın 14-də Ankarada ABŞ-ın təşəbbüsü ilə baş tutub.Bu barədə bazar ertəsi Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.“Belə danışıqlar həqiqətən də olub. Bu, Amerika tərəfinin təşəbbüsü idi”, - Kreml sözçüsü bildirib.Eyni zamanda, Peskov söhbətin mövzusunu açıqlamayıb. Facebook-da paylaş