“Putinlə Rusiya ordusu arasında parçalanma dərinləşir” - Ekspert

15-11-2022, 08:48           
“Putinlə Rusiya ordusu arasında parçalanma dərinləşir” - Ekspert
Rusiyalı müxalifətçi və jurnalist İqor Yakovenko hesab edir ki, Putin rejimi və generallar arasında çat dərinləşir.

O, «Esprecco»nun efirindən qeyd edib ki, onlar arasında konsalidasiya müvəqqətidir («UNİAN»).

«RF-nin yaşaya bilməsi üçün kifayət qədər böyük resurslar var. Biz bilmirik, Ukrayna ordusunun hansı növbəti qələbəsindən sonra Rusiya rejimi dağılmağa başlayacaq. Amma çatlar artıq gedib və bu, aydın görünür. Putinlə Rusiya ordusu arasında çat dərinləşir. Bu, görünəndir, çünki generallar lap başlanğıcdan bu müharibənin əleyhinə olublar» - Yakovenko izah edib.

Müxalifətçi qeyd edib ki, Putin RF Baş Qərargahını və ordusunu döyüşməyə məcbur edib, indi isə onları cəbhədəki məğlubiyyətə görə məsuliyyətə cəlb etmək istəyir.

«Priqojin və Kadırov tərəfindən endirilən zərbə general Lapinin başını Putinə podnosda gətirməklə, Baş Qərargah rəisi Gerasimova qarşı yönəlib. O isə artıq mərhəmətdən uzaqdadır və mümkündür ki, növbəti qurban olacaq. Generallar bu «kəsim»də qoyun olmaq istəmirlər. Onlar müəyyən anda, nə zaman ki, Putindən tam narazılıq gəlib çatacaq, o zaman öz sözlərini deyəcəklər» - Yakovenko yekunlaşdırıb.

AzPolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru