Əli Daei Qətərə getməkdən imtina etdi: - “Xalqın yanında olacam”

15-11-2022, 11:40           
Əli Daei Qətərə getməkdən imtina etdi: -
İranın məşhur futbolçularından biri, son aksiyalara ən çox dəstək verən “Perspolis” klubunun baş məşqçisi Əli Daei Qətərdə keçiriləcək futbol üzrə Dünya Çempionatının açılış mərasimində iştirak etməkdən imtina edib. TEREF.AZ JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, bu barədə Daei açıqlama yayıb.

O bildirib ki, FİFA açılış törənində ona və ailəsinə iştirak üçün dəvətnamə göndərib. Lakin o, Qətərə getməkdən imtina edib, ölkədə qalacağını bildirib. “Mən İranda qalıb, xalqın yanında olmaq, bu günlərdə yaxınlarını itirən ailələrə baş çəkərək, onlara baş sağlığı vermək niyyətindəyəm. Onları bu vəziyyətdə tək qoyub, getməyim doğru olmaz”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru