Rusiya “status”u saxlamaq istəyir! – “Bu da İrəvanı cəlb edir”

15-11-2022, 16:24           
Rusiya “status”u saxlamaq istəyir! –
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya xarici işlər nazirinin xüsusi nümayəndəsi İqor Xovayevlə görüşüb. Müzakirə zamanı N.Paşinyan bəyan edib ki, Moskvanın təqdim etdiyi təkliflər Azərbaycanla gələcək danışıqlar üçün əsas ola bilər.
TEREF.AZ bildirir ki, bu barədə bazar ertəsi Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, həmsöhbətlər Ermənistan, Rusiya və Azərbaycan liderlərinin Soçidə keçirilmiş üçtərəfli görüşünün nəticələrini, Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması prosesi ətrafında fikir mübadiləsi aparıblar.

Görüşü "Sherg.az"a şərh edən sabiq xarici işlər naziri Tofiq Zulfiqarov bildirib ki, Moskvanın siyasətinin bir parçası olan “status”un qalması məsələsi İrəvanı cəzb edən ən aktual mövzudur:

“Düşünürəm ki, digər təkliflərlə Rusiyanın verdiyi təklif arasında elə də ciddi fərq yoxdur. Yəni burada Ermənistanı maraqlandıran bir məsələ var. Onlar status məsələsinin hansısa bir şəkildə müzakirəsini istəyirlər.

Digər tərəfdən rəsmi Moskvanın təklifində statusun verilməsi məsələsinə müəyyən bir müddətdə baxılması ilə bağlı mətn hazırlanıb. Bu da İravanı qane edir.

Vardanyanın fəaliyyəti isə Qarabağda, Azərbaycan rəsmiləri ilə müzakirələrin aparılacağı qurumun yaradılmasına yönəlib. Bu hər zaman Kremlin siyasəti olub".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru