Fransalı Odri Azule və komandası isə UNESCO-ya şəxsi şirkəti kimi yanaşır.

15-11-2022, 20:50           
Fransalı Odri Azule və komandası isə UNESCO-ya şəxsi şirkəti kimi yanaşır.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva UNESCO-nun xoşməramlı səfiri kimi fəaliyyətinə xitam verdi.
Xanım Birinci vitse-prezident UNESCO-dan imtina edən ilk dövlət xadimidir, amma sonuncu olmayacaq.
Diğərləri də xanım Əliyevanın nümunəsinə əməl edəcəklər.
Bu qədər qərəzli bir təsisat nəyə və kimə lazımdır ?
Ölkəmizin mədəni sərvətlərinin dağıdılması və mənimsənilməsi kimi Ermənistanın cinayətləri barədə YUNESKO-ya mütəmadi olaraq məlumat verilməsinə baxmayaraq, təəssüflər olsun ki, son 30 ildə Azərbaycanın mədəni irsinə dəyən ziyanın qiymətləndirilməsi məqsədilə UNESCO işğal olunmuş ərazilərə missiya göndərmədi.
Son seçkidə isə tamamilə gözlənilməz bir seçki nəticəsi ilə rəhbər gələn fransalı Odri Azule və komandası isə UNESCO-ya şəxsi şirkəti kimi yanaşır.
Odri Azulenin yanaşmalarının təməlində Fransanın ölkəmizə qarşı həyata keçirdiyi qarayaxma kampaniyası və Azərbaycana qarşı ziddiyyətli mövqeyinin dayandığı güman edə bilərdik.
Amma keçən ay BMT Katibliyinin Daxili Nəzarət Xidmətləri İdarəsi direktor Odri Azuleyə qarşı “UNESCO-nun Baş Direktoruna qarşı İddiaların Araşdırılması Proseduru” na start vermək istəyirdi.
Azule və komandası isə bu prosedurun işə düşməsi üçün üzv dövlətlər tərəfindən müzakirəsini təxirə salmaq üçün əlindən gələni etdi.
Yeganə Hacıyeva
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.