Müharibə nə vaxt dayandırılacaq? - Zelenski açıqladı

19-11-2022, 14:25           
Müharibə nə vaxt dayandırılacaq? - Zelenski açıqladı
Rusiya gücünü bərpa etmək üçün qısamüddətli atəşkəsə can atır, lakin bu yolla müharibəni dayandırmaq mümkün olmayacaq”.

Sozcu.info xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Onun sözlərinə görə, müharibənin bitməsi sülhə zəmanət vermir, sülhün əldə olunması üçün Rusiyanın işğalından tamamilə xilas olmaq lazımdır.

“Rusiya indi öz gücünü bərpa etmək üçün qısamüddətli atəşkəs axtarır. Bəziləri bunu müharibənin sonu adlandıra bilər, lakin belə atəşkəs vəziyyəti daha da pisləşdirəcək. Anormal kompromislər yenidən qan tökülməsinə səbəb olacaq. Həqiqi, davamlı sülh yalnız Rusiyanın təcavüzünün tamamilə dayandırılması nəticəsində mümkün ola bilər”, - deyə Zelenski Rusiyaya xitabən söyləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru