ABŞ SEPAH komandirlərinə qarşı sanksiyalar tətbiq etdi

24-11-2022, 12:04           
ABŞ SEPAH komandirlərinə qarşı sanksiyalar tətbiq etdi
ABŞ İranın bir neçə hökumət rəsmisinə, o cümlədən İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qüvvələri komandirlərinə qarşı hökumət əleyhinə dinc nümayişləri vəhşicəsinə yatırdıqları üçün sanksiyalar tətbiq edib.

Bu barədə Dövlət Departamenti məlumat yayıb.

ABŞ Maliyyə Nazirliyi İranın qərbindəki SEPAH quru qüvvələri bölməsinin komandiri Məhəmməd Tağı Osanlunu məhdudiyyətlər siyahısına daxil edib. Siyahıya İranın Sənəndəc şəhərindəki Hüquq-Mühafizə Qüvvələrinin komandiri Əlireza Moradi də salınıb. Bildirilib ki, Moradi etirazlar zamanı Sənəndəcdə silahsız etirazçılara qarşı ölümcül silahlardan istifadə etməyə icazə verib.

Bundan əlavə, Maliyyə Nazirliyi Sənəndəc şəhərinin inzibatçısı və keçmiş SEPAH komandiri Həsən Əsgəriyə də sanksiya tətbiq edib.

Mənbə: TASS












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.