Qarabağda diplomatik cəhdlər uğursuzluğa dücar olur- Güc variantı gündəmdə....

25-11-2022, 10:08           
Qarabağda diplomatik cəhdlər uğursuzluğa dücar olur-
Qarabağda separatçı rejimə “humanitar yardım” adı ilə silah daşınması faktı bəllidir: DTX rəsmisinin açıqlaması prosesin davam etdiyini yenidən gündəmə gətirdi;
Hazırda baş verənlər isə prosesin daha da təhlükəli miqyas aldığını göstərir:
- Erməni qoşunların qalıqlarının çıxarılması öhdəliyi icra edilmir və belə görünür ki, xoşluqla icra edilməyəcək də;
- Separatçı-terrorçular davamlı təxribatlar törədir;
- Vardanyan kartı işə düşəndən sonra qondarma “statusdan” daha çox danışmağa başlayıblar;
- Bölgəyə müvəqqəti nəzarət edən Rusiya sülhməramlıları bütün bunlara nəinki şərait yaradır, hətta təşkilatçısı rolunda çıxış edir: hərbi yükləri Laçın dəhlizindən keçirir, separatçı-terrorçuların postlar qurmasına şərait yaradır, erməni əhalisinin Bakıya inteqrasiyasının qarşısını bütün yollarla alır;
Zamanın uzanması Azərbaycanın ziyanınadır, çünki geosiyasi şərtlərin dəyişməsi regiondakı proseslərə də təsir edə bilər və bu vəziyyət Bakının müəyyən addımlar atması zərurətini artırır:
- Separatçıların qurduğu hərbi postlarının ləğv edilməsi;
- Qeyri-siyasi və qeyri-hərbi müstəvidə separatçı-terrorçu rejimi erməni əhalisi arasında çətinə sala biləcək addımlar;
- Laçın dəhlizinin qeyri-humanitar məqsədlər üçün istifadə edildiyi faktının aktuallaşdırılması, Moskva qarşısında bu tələblərin qaldırılması və s;
İndiyə qədərki proseslər diplomatiyanın praktiki nəticələrə gətirib çıxarmadığına nümunədir.
Asif Nərimanlı
TEREF.AZ












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.