Leyla və Arif Yunus Hollandiyadan siyasi sığınacaq istədi

24-05-2016, 22:08           
Leyla və Arif Yunus Hollandiyadan siyasi sığınacaq istədi
Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus və həyat yoldaşı Arif Yunus siyasi sığınacaq almaq üçün Hollandiya Xarici İşlər Nazirliyinə müraciət edib.

Ötən ay müalicə almaq üçün Hollandiyaya gedən Yunuslar artıq sığınacaq almaq üçün sənədlərini Hollandiya XİN-ə təqdim ediblər.

Hollandiya XİN-dən bildirilib ki, L.Yunusun sığınacaq müraciətinə bir həftə ərzində cavab veriləcək.

Yunusların qızı Dinara Yunus da 2009-cu ildən Hollandiyadan siyasi sığıanacaq alıb. Yunusla ailəsi hazırda Amsterdamda yaşayır.

(lent.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru