Zahid Oruc: “İlqar Məmmədov da azadlığa buraxıla bilər”
27-05-2016, 00:27
“Xədicə İsmayılın, Tofiq Yaqublunun, İntiqam Əliyevin, Rauf Mirqədirovun azad olunması digər məhbusların azad olunmasına imkan yaradır”.
Bu fikirləri gununsesi.info-ya açıqlamasında deputat Zahid Oruc deyib. Hökumətyönümlü deputat bildirib ki, hazırda həbsdə olan REAL sədri İlqar Məmmədovun da azadlğa buraxılacağı istisna deyil. Onun fikrincə, sonuncu amnistayia haqqında aktın qəbulu da göstərir ki, Azərbaycan hökuməti insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində ciddi addımlar atmaqdadır: “Bu baxımdan İlqar Məmədovun işi ilə bağlı son məhkəmə instansiyasının olmadığını nəzərə alsaq, o zaman onun da azadlğa çıxmasını mümkün saymaq olar. Buna əsas verən digər məqam isə ondan ibarətdir ki, “İsmayıllı hadisələri” ilə bağlı həbs olunmuş Tofiq Yaqublunun azadlığa çıxması bir daha göstərir ki, məhkəmə orqanları belə bir xoş görünən qərarı İlqar Məmmədov barəsində də çıxara bilər".