“Fransanın qurduğu İran rejimi dağılacaq” - Başqa cür ola da bilməz...

3-02-2023, 18:54           
“Fransanın qurduğu İran rejimi dağılacaq” -
İndiki İran dövləti min illər boyu türklərin hakimiyyəti altında olub. Son 100 ildə farslar hakimiyyəti ələ keçiriblər. Həmin dövrdən də fars-şovinist rejimi İranı ətraf ölkələrlə düşmən edib.
Azərbaycana qarşı da həmişə İran düşmən siyasəti yürüdüb. Azərbaycanı müstəqil ölkə kimi tanımayıb. Bəzən Bakı quberniyası deyiblər, bəzən İranın bir quberniyası kimi görünməyinə çalışıblar.

Xüsusilə sovet dönəmində İran Azərbaycana qarşı müəyyən təxribat, kəşfiyyat işləri aparıb. Bunun da qarşısı SSRİ tərəfindən alınıb.

Azərbaycan müstəqillik əldə etdikdən sonra İran Azərbaycana qarşı bir cihad elan etdi.

Azərbaycanı tezliklə İrana birləşdirmək üçün planlar qurmağa başladı. Bunun üçün Azərbaycanda dini camiənin, savadsız kütlənin gücündən istifadə etməyə çalışdı.

TEREF.AZ_ın məlumatına görə, bu barədə bizimyol.info xəbər portalı ilə fikirlərini bölüşən politoloq Elşad Həsənov danışır ki, 1992-ci ildə Bakı şəhərində təhlükəsizlik xidmətinin əməkdaşları İranın “kəşfiyyat şəbəkəsi”nə informasiya ötürdüyü yerdə, xüsusi cihazlarla təmin olunmuş bir mənzildə həbs olunur.

Politoloq Elşad Həsənov Elşad Həsənov
“Həmin dövrdə biz ermənilərlə müharibə aparırıdıq və bu şəbəkənin əldə etdiyi məlumatlar birbaşa Ermənistana göndərilirdi. O zaman çox sayda casus şəbəkəsi ifşa, həbs olundu. Bununla bağlı İrana nota verildi. Ancaq buna baxmayaraq, İran öz işini davam etdirirdi. 30 il müddətində müharibə zamanı İran Ermənistana kömək edirdi ki, Azərbaycanı qalib gəlsin, sonra da həmin əraziyə İran iddialı olsun. 1994-cü ildən sonra ordu quruculuğu gücləndi, əsrin müqaviləsi bağlandı.

Azərbaycan iqtisadiyyatı, siyasəti güclənməyə başladı. Azərbaycan öz ordusunu gücləndirmək üçün gecə-gündüz çalışdı”.

E.Həsənov bildirir ki, həmin dövrdə də İran Azərbaycanın xüsusilə Cənub rayonlarda gəncləri müxtəlif şirin vədlərlə dini təhsil almağa çağırırdı. Həmin dövrdə iqtisadi çətinliklər olduğu üçün adamlar bu çətinliyə dözməyib İrana gedir, orada dini təhsil alıb, qayıdırdılar.

Amma bir müddət sonra xüsusi xidmət orqanları onların iç üzünü açdı. Əhaliyə bildirildi ki, Qum şəhərində dini təhsil adı altında adamlar xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb olunur, onlara xüsusi tapşırıqlar verilir, təlimlər keçirilir. Onların bəzilərinin beyinlərini hətta o qədər yuyurdular ki, əksəriyyət cihad üçün Suriyaya göndərilirdi. Həmin şəxslərə aylıq müəyyən miqdarda pul da verirdilər.

Buna görə də çox sayda insan, gənclər Suriyada müharibədə iştirak etdilər. Bəziləri öldü, müəyyən hissəsi də təhlükəsizlik orqanları tərəfindən aşkar olundu. Onlar Azərbaycana gətirlərək, cinayət məsuliyyətinə cəlb olundular.

Bütün baş verənlərin fonunda Azərbaycanı daxildən parçalasınlar, özlərinə xas islam respublikası yaratsınlar deyə zəif insanları pulla alırdılar.

Politoloq qeyd edir ki, bütün prosseslərə Azərbaycanın xüsusi xidmət orqanları nəzarət edir, aşkar olunan cəsus şəbəkəsi vaxtaşırı zərərsizləşdirilirdi.

“Din pərdəsi altında Azərbaycandan həmin dövrdə oxumağa gedən adamların yaxınları, bacıları, həyat yoldaşları da İrana aparılırdı. Qızlarla “xüsusi qadın mollası” hazırlama adı altında idealoji cəhətdən iş aparılırdı. Eyni zamanda çoxuna İran mollaları, din adamları təcavüz edir, müxtəlif yollarla onları aldadırdılar. Bu faktlar da vaxtaşırı dövri mətbuatda işıqlandırılıb. Bizim neçə- neçə qızlarımız haqqında, orada onların başlarına açılan oyunlarla bağlı məlumatlar yayılıb. Bəziləri orada qalıb, bəziləri Suriyaya gediblər. Bütün bunlar cəhalətdən, savadsızlıqdan, dünyagörüşünun az olmasından gəlirdi insanların başına. Dinin təsiri altında belə neqativ hallara yol verilirdi”-deyən E. Həsənov bildirib ki, İran son dövrə qədər Azərbaycanı bir müstəqil ölkə kimi tanımaq məcburiyyətində qalsa da, ancaq o bunu isrəmirdi. Hər vəchlə Azərbaycana “ikinci növ” İranın təsirində ola biləcək bir ölkə kimi baxırdı.

E.Həsənov qeyd edir ki, İkinci Qarabağ müharibəsində də İran daim Ermənistana hərbi yardım göstərib. Çalışıb ki, bu müharibədə də Ermənistan qələbə çalsın, Azərbaycan məğlub olsun. Politoloq hesab edir ki, Azərbaycan məğlub olsaydı, İran müəyyən işlər görüb Azərbaycanda öz hakimiyyətini qurmaq barədə addımlar atacaqdı.

Ancaq Azərbaycan ordusu dəmir yumruq altında Ermənistanı darmadağın edib torpaqları azad etdi. Bundan narahatlıq keçirən İran rejimi “Ermənistanın xətrinə dəyən, bizim xətrimizə dəyər”, “Zəngəzur dəhlizi bizim qırmızı xəttimizdir, oradan heç bir yol açılmaz” deyə özlərinin xəyanətkar xislətlərini büruzə verdilər. Azərbaycana qarşı təhdidləri daha da artırdılar.

“Yadınızdadırsa, bir neçə dəfə Araz çayının kənarında bizə güc nümayiş etdirməyə çalışdılar, hərbi təlimlər keçirdilər. Araz çayının keçilməsi üçün pantonlar qururdular. Onlar Azərbaycana psixoloji hücumlar edirdilər ki, Azərbaycan öz istəyindən, öz müstəqilliyindən əl çəksin və İranın bu mühafizəkar fars molla rejiminə qulaq assın”,- deyə politoloq bildiirb.

E.Həsənov hesab edir ki, İranın bu rejimi son günlərini, son dövrlərini yaşayır. İranda insanlar sentyabr ayından ayağa qalxaraq molla rejiminin siyasi səhnədən getməsinə çalışırlar. Hər yerdə iğtişaşlar, hər yerdə mitinqlər, etirazlar. İranda milnlərlə insan öldürülüb.

İranda təkcə azərbaycanlılar, türklər yox, digər xalqlar, o cümlədən farsların özü də artıq bu rejimin apardığı siyasəti dəstəkləmir və ona qarşı çıxır.

“Yaxın zamanlarda fars molla rejimi devrilməli, Azərbaycanlılar öz müstəqilliyini əldə etməli, müstəqil dövlət qurmalı və bu saahədə biz Azərbaycan olaraq onlara dəstəyimizi göstərməliyik.

Yadınızdadırsa, orada olan iğtişaşlar zamanı Azərbaycan prezidenti bəyanat verərək, bildirdi ki, dünyada yaşayan bütün Azərbaycanlıların təəsübünü Azərbaycan dövləti çəkir və onlara lazımi köməkliklər ediləcək . Bu da, cənubda yaşayan Azərbaycanlılara böyük stumul verdi. Onlar küçələrdə Xameneyinin portretini yandırdılar və onun yerinə Azərbaycan prezidentinin portretini asdılar. Yəni bu proses gedir. Fevralın 11-də fars molla rejiminin, Fransa xüsusi xidmət orqanları tərəfindən hakimiyyətə gətirilən Xomeyninin hakimiyyətinin 44 ili tamam olur. Bizim də müharibəmiz 44 günə tamam olmuşdu. Hesab edirəm ki, nəhayət, 44 ilin tamamında Xomeyninin qurduğu rejim iflasa uğrayacaq və İranda yaşayan xalqlar azqdlığa çıxacaq”,- deyə E. Həsənov bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.