Yunanıstanın baş naziri üzr istədi

6-03-2023, 11:08           
Yunanıstanın baş naziri üzr istədi
Yunanıstanın baş naziri Kiriakos Mitsotakis martın 5-də özünün “Facebook” səhifəsində Larisa şəhəri yaxınlığında sərnişin qatarının qəzaya uğraması nəticəsində həlak olanların yaxınlarından üzr istəyib.

O qeyd edib ki, 2023-cü ildə Yunanıstanda eyni relsdə iki qatarın bir-birinə doğru hərəkət etdiyini və heç kimin buna fikir vermədiyini təsəvvür etmək mümkün deyil.

“Biz insan səhvinin arxasında gizlənə bilmərik, bunu etməyəcəyik və gizlənməməliyik. Qatarların hərəkətini uzaqdan idarəetmə sisteminin tətbiqi üzrə işlər başa çatdırılsaydı, bu fəlakət demək olar ki, mümkünsüz olardı”, - deyə Mitsotakis vurğulayıb.

O, rəqəmsal idarəetmə sisteminin yaxın bir neçə ay ərzində tam istifadəyə veriləcəyini bildirib.

Baş nazir faciənin araşdırılacağına, günahkarların cəzalandırılacağına, aidiyyəti nazir tərəfindən dəmir yollarında təhlükəsizliyin dərhal yaxşılaşdırılması üçün tədbirlərin elan ediləcəyinə inandırıb.

Xatırladaq ki, martın 1-də Yunanıstanda dəmir yolu qəzası nəticəsində 57 nəfər həlak olub. Elə həmin gün ölkənin nəqliyyat naziri Kostas Karamanlis istefa verib.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru