Pozner ilk dəfə Ukrayna savaşını şərh etdi: Utanıram!

6-03-2023, 13:23           
Pozner ilk dəfə Ukrayna savaşını şərh etdi: Utanıram!
Rusiyalı teleaparıcı Vladimir Pozner ilk dəfə olaraq Rusiya-Ukrayna müharibəsini şərh edib.

Axar.az xəbər verir ki, bu barədə “Sargrad.tv” məlumat yayıb.

Pozner NATO-nun hər zaman SSRİ-yə qarşı olduğunu və bu baxımdan da SSRİ dağıldıqdan sonra Alyansın genişlənməsinin Kremlin narahat etməsinə diqqət çəkib:

“Qorbaçov NATO-nun genişlənməməsi ilə bağlı sənədin imzalanması ideyasını irəli sürməməklə səhvə yol verib. Bu razılaşma yalnız şifahi olub. Putin Ukraynanın NATO-ya üzv olmamasını təmin etmək üçün Qərbə və konkret olaraq ABŞ-a xəbərdarlıq edib. Cavabında “ayının burnuna yumruq vurulub” Ukrayna adlı tələyə düşəcəyi ümid edilirdi. Putinin bu hərəkətinin əsas səbəbi Ukraynanın NATO-ya üzv olmasını istəməməsidir”.

Poznerin sözlərinə görə, top ABŞ tərəfindədir, çünki Zelenski 100% ABŞ-dan asılıdır:

“Çinə gəlincə, Pekin Rusiyanı dəstəkləyəcək, ancaq Moskvanı çox sevdiyi üçün deyil, ABŞ-a qarşı olduğu üçün. Çinlilər ABŞ-ın Rusiya ilə Balkan ssenarisini təkrarlamaq istədiyini düşünür və növbəti olarlar deyə, bundan qorxurlar. Ziyalılar daha çox Putinə qarşıdır, amma Rusiyada bu icma çox azdır. İkincisi, bu gün Rusiyada baş verənlərlə razılaşmamaq çox çətindir, təhlükəlidir. Məncə, cəmiyyət repressivləşib. İnsanlar düşündüklərini dedikləri üçün həbsə atılırlar. Üçüncüsü, peşəmin təmsilçilərindən utanıram. Hazırda ölkəmizdə vətənpərvər mövqedə olan jurnalistlər cəhənnəmə gedəcək günahkarlardır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.