İranın hansı qonşusu " dəhliz" olmağı boynuna götürəcək?

7-03-2023, 10:34           
İranın hansı  qonşusu " dəhliz" olmağı  boynuna  götürəcək?
Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi Tehranda çıxışı zamanı Amerika və İsrailin İranın nüvə obyektlərinə hücum etmə istəyini qanunsuz cəhd adlandırıb. İsrailin Baş naziri Benyamin Netanyahu cavab verib ki, Qrossinin nə deməsinin bizim üçün heç bir əhəmiyyəti yoxdu:"İsraili məhv etməyə çalışan bir sistemin kütləvi qırğın silahlarına sahib olmasına icazə verməliyik?”
Yadınızdadırsa, 23 yanvarda ABŞ və İsrail tarixdə ən irimiqyaslı birgə hərbi təlimə başladı. Hərbi təlimdə “Juniper Oak” adlanan təlimdə 142 təyyarə və 10 hərbi gəmi, 6,5 min ABŞ hərbçisi, 1,1 mindən çox İsrail hərbçisi iştirak edəcəyi deyildi.Sizcə, bu bahalığında bir təlim boş yerəmi başladı? Xeyir!
28 yanvarda mərkəzi İsfahan əyalətində hərbi sursat fabrikinin dron hücumuna məruz qalması, Şəhid-Səlimi şəhərində mühərrik yağı istehsal edilən zavodda yanğın baş verməsi, eləcə də Dizful şəhərindəki aviabazada partlayış, Həmədan (ölkənin qərbində) və Rəşt (şimalda) şəhərlərində partlayış və yanğınların baş verməsi İranı qəfil sillə kimi tutdu. Bəli, məlum oldu ki, İsrail İranın hərbi sənayesini məhv etmək məqsədiylə xüsusi hərbi əməliyyat keçirdi.
Növbəti dəfə 23 fevralda İsrail, Yunanıstan və ABŞ piyada qüvvələrinin birgə hərbi təlimi başa çatdı. Sonuncu təlimdən sonra İsrail əminliklə bildirir ki, İrana hücum qaçılmazdır! Bunu yəhudilərin baş nazirindən başqa müdafiə naziri Beni Qantz dəfələrlə etiraf edib. Ölkəsinin İrana hücuma hazırlığını artırdığını bildirib.
Yəni,ABŞ-ın Qərb ölkələrinin bir çoxunun köməkliyi ilə İsrail ilə İran arasında müharibə lap yaxın günlərdə başlayacağı qənaətindəyəm.
İran haradan vurulacaq?
İran şimal-qərbdən Azərbaycan və Ermənistan, şimaldan Xəzər dənizi, şimal-şərqdən Türkmənistan, şərqdən Əfqanıstan və Pakistan, cənubdan Fars körfəzi və Oman körfəzi, qərbdən Türkiyə və İraqla əhatə olunub. Sizcə bu ölkələrin hansı İsrail-ABŞ koalisiyasına icazə verər ki, ərazisindən İrana hücum etsin?
Gəlin ,bir nüansa da diqqət yetirək. Bilirsiniz ki, İran böyük dövlətdir, eləcə də hərbi vəsaiti 17 milyard ABŞ dolları olan İran ordusu dünyanın 12-ci böyük ordusudur. və İsrailin hücumunun reallaşacağını anlayır. Dünyaya silah ixrac edir və son dönəmdə ən müasir (PUA və diğər uzaq və yaxın mənzilli silahlara sahibdir.)
Maraq edənlər üçün deyək:Tank - 3895
Zirehli Döyüş Nəqliyyat vasitəsi - 5537
Özüyeriyən Artilleriya - 513
Qoşqulu Artilleriya - 3368
Reaktiv Yaylım Atəşi Sistemləri - 1235
Minaatan - 8653
AntiTank - 11435
Lojistik Nəqliyyat Vasitəsi - 24650
Hərbi Hava Qüvvələri
Gnome-searchtool.svg Əsas məqalə: İran Hərbi Hava Qüvvələri
Təyyarə - 980
Helikopter - 875
Aeroport - 576
Şəxsi heyəti - 50000
Ümumi gücü - 908
Freqatlar - 32
Destroyerlər - 15
Korvetlər -12
Sualtı qayıq - 59
Sahil nəzarət gəmiləri - 487
Mina gəmisi - 16
Desant Hücum Gəmiləri - 135
Bu silahlar təbii ki, İsrail , ABŞ və Qərb ölkələrinin birgə hücum edəcək ölkənin ərazisinə atılacağı şübhəsizdir. Əgər həmin "dəhliz" ölkə Azərbaycan, Ermənistan kimi kiçik ölkələrdən biri olarsa həmin ölkələrin daşı daş üstündə qalacağına zərrə qədər də ümid etmək olmaz. Bunu İranın ərazisi böyük olan digər qonşuları da anlayır və belə bir "dəhliz" olmağa maraq göstərmir.
Yeri gəlmişkən, ipucu olaraq bildirim ki, İranın böyük, sənaye və müdafiə, hərbi obyektlərinin, əhalinin sıx yaşadığı böyük şəhərlər hansı ölkə ərazisinə daha yaxındırsa İran o tərəfdən vurulacağı dəqiqdir.
Sizcə, İsrail İranı hansı ölkədən vuracaq? Daha aydın şəkildə sualımı izləyicilərə ünvanlayıram:İranın hansı qonşusu " dəhliz" olmağı boynuna götürəcək?
Əntiqə Rəşid
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.