REAL partiyasının dövlət qeydiyyatı ləğv oluna bilər

7-03-2023, 11:04           
REAL partiyasının dövlət qeydiyyatı ləğv oluna bilər
Respublikaçı Alternativ (REAL) Partiyasının dövlət qeydiyyatı ləğv oluna bilər.

“Qafqazinfo” xəbər verir ki, bunu partiyanın sədri İlqar Məmmədov özünün feysbuk hesabında bildirib.

O qeyd edib ki, əgər yaxın aylarda REAL 5 min üzvdən ibarət siyahını yeni qanunun tələb etdiyi kimi hökumətə təqdim etməsə, bu ilin ikinci yarısında partiyanın dövlət qeydiyyatı ləğv ediləcək.

“Əlbəttə ictimai həyatdan gedəsi deyilik. Sadəcə, daha bizə səs verə bilməyəcəksiniz. Ölkə çox önəmli perspektivləri ilə vidalaşacaq. Bunun qarşısını almağın yolunu bilirsiniz. Özünüz də üzv kimi qeydiyyatdan keçin, yaxın bildiyiniz adamların hər birini də cəlb edin”, – deyə, partiya sədri anons edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru