Bu, ABŞ-a ciddi zərər verəcək, Çini isə məhv edəcək

18-03-2023, 11:05           
Bu, ABŞ-a ciddi zərər verəcək, Çini isə məhv edəcək
Çin lideri Si Szinpin antiamerika ritorikasını gücləndirib. Öz növbəsində, Çin Rusiyaya silah ötürərsə, Vaşinqton Pekinlə iqtisadi əlaqələri hətta öz zərərinə də kəsməyə hazırdır.

Bu fikirləri rusiyalı politoloq və publisist Andrey Piontkovski bildirib.

O qeyd edib ki, Szinpin Səudiyyə Ərəbistanı və İranı barışdırmaqda diplomatik uğur qazana bilib, buna əvvəllər heç kim nail ola bilməyib:

"Bu barışıq antiamerika və antiisrail zəmində baş verib. Bu, illərdir Yaxın Şərqdə mövqelərini möhkəmləndirən İsrailin xarici siyasətinə çox güclü zərbədir".

Piontkovski deyib ki, ABŞ silahların Rusiyaya təhvil veriləcəyi təqdirdə Çin üçün nəticələri açıqlayıb:

"Bu yaxınlara qədər mən Rusiyaya silah tədarükü ilə bağlı suala qəti şəkildə cavab verirdim ki, Si heç vaxt buna getməyəcək. Amerikalılar açıq şəkildə bildirdilər ki, iqtisadi münasibətlərdə ən ciddi qırılmaya, hətta öz zərərlərinə belə gedəcəklər. Bunlar iqtisadi Siam əkizləridir - Çin və ABŞ. İqtisadi əlaqələrin kəsilməsi hər iki ölkəyə ağır zərbə olar. Amerikalılar hətta öz iqtisadiyyatları və istehlakçıları üçün problemə getməyə hazırdırlar, lakin bu, bütün Çin iqtisadiyyatını məhv edə bilər. Bunu gələcək günlər göstərəcək. Sual budur ki, bu baş verəcəkmi? Mən Sinin tezliklə səfərinə (Szinpinin 20 martda Rusiyaya səfər edəcəyi gözlənilir - red.) şübhə ilə yanaşıram. Amma belə bir antiamerika cərəyanının güclənməsi onun şəxsi imzasıdır".
axar.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.