BMT Ukraynada sülh prosesini hələlik mümkün hesab etmir

22-03-2023, 10:48           
BMT Ukraynada sülh prosesini hələlik mümkün hesab etmir
BMT hazırda Ukraynada sülh prosesinin başlanmasını mümkün hesab etmir, lakin müsbət dəyişiklikləri dəstəkləməyə həmişə hazırdır.

Bunu çərşənbə axşamı keçirdiyi brifinqdə Ümumdünya Təşkilatının baş katibinin mətbuat katibinin müavini Fərhan Haq deyib.

“Hazırda zorakılıqlar və hərbi əməliyyatların gedişi ilə bağlı gündəlik hesabatlarımızdan da göründüyü kimi, indi sülh prosesini təsəvvür etmək çox çətindir. Ancaq bu dinamika dəyişərsə, əlbəttə ki, biz bunu alqışlayacağıq və dəstəkləyəcəyik”, - deyə Haq bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru