"102-ci bazanın hərbçiləri sülhməramlılara çevrildi..." - Ermənilərdən ÖZÜNÜİFŞA!

22-03-2023, 20:34           
"102-ci bazanın hərbçiləri sülhməramlılara çevrildi..." -
Xəbər verildiyi kimi, dünən axşam saatlarında bir sıra hayk nəşrləri "erməni hərbi qulluqçusunun guya "yolunu azaraq nəqliyyat vasitəsində Azərbaycan ordusunun bölmələrinin mövqeyinə yaxınlaşaraq əsir götürüldüyünə" dair məlumat yaymışdılar. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bu saxta xəbəri hələ dünən təkzib etmişdi. Bundan sonra Ermənistanın Müdafiə Nazirliyi tərəfindən, nəhayət, ermənilərin özlərinin saxta xəbərini təkzib edən rəsmi məlumat verildi. Məlum oldu ki, "qəhrəman" axtarış-xilasetmə işləri nəticəsində tapılıb və həyatı üçün heç bir təhlükə yoxdur. Zənn edilirdi ki, bununla da məsələyə nöqtə qoyulacaq. Amma xeyr, erməni təşviqatı və təbliğatı sakitləşmir, daha da irəli gedərək "Rusiya sülhməramlılarının əsir düşmüş hərbi qulluqçunu götürmək üçün Azərbaycan tərəfə keçdiyini və Azərbaycanın hərbi qulluqçuları tərəfindən atəşə tutulduğunu, iki nəfərin yaralandığını və erməni həkimlərinin səylərinə baxmayaraq, onlardan birinin xəstəxanada keçindiyini" deyən daha dramatik ssenarilər düşünürlər. Maraqlı nağıldır, lakin yolunu azmış erməni hərbi qulluqçusu əsir düşməyibsə və sağ-salamatdırsa, rus sülhməramlıları kimin ardınca "Azərbaycan tərəfə keçmişdilər"?

Bu hələ son deyil. Daha sonra "məlum oldu" ki, "yaralanan" həmin iki rus sülhməramlısı həqiqətən xəstəxanaya müraciət ediblər, lakin "odlu silahdan yaralanma" ilə deyil, travmalarla. Bu nə deməkdir? Daha doğrusu, erməni təbliğatçılarının bütün səyləri həmişəki kimi puça çıxdı"(Trend.az)

TEREF.AZ bildirir ki, moderator.az-ın araşdırması zamanı erməni təbliğatının diqqətdən yayınan daha bir saxtakarlıq detalı üzə çıxıb.

Məsələ ondadır ki, erməni saytları itkin düşmüş hayk əsgərinin arxasınca gələn Rusiya "sülhməramlı"larının Ermənistan ərazisindən gəldiyini yazıb.Halbuki Ermənistan ərazisində Rusiyanın "sülhməramlı" yox, daimi dislokasiya olunmuş 102-ci hərbi bazasındakı hərbi qulluqçuları var...

"@narodvidit" erməni teleqram-kanalı digər erməni mənbələrinin bu yalan və saxtakarlığını belə ifşa edir:

"Yeri gəlmişkən, günorta saatlarında 102-ci hərbi bazanın hərbi qulluqçuları artıq sülhməramlılara çevrilib. Bəs deyirlər, möcüzələr baş vermir.

Akrobatlardan axşam xəbərlərini gözləyirik. Hiss edirik ki, təzə bir şey də öyrənəcəyik".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.