Ermənilərin qaldırdığı bu şüarın mənası nədir? – “NEMESİS”

26-03-2023, 15:19           
Ermənilərin qaldırdığı bu şüarın mənası nədir? – “NEMESİS”
“Ermənilər İrəvanda Türkiyənin yığma futbol komandasına 1-2 hesabı ilə məğlub oldu. Onlar öz şərəfsiz əməllərini bir daha sübut etdilər. Türkiyənin dövlət himninə əvvəldən sonuna qədər fit çalıblar”.

Sarkazm.az xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin Erməni Araşdırmaları və Təlim Mərkəzinin direktoru İsmayıl Tanrıverdi deyib.

O, bildirib ki, bundan başqa, “azarkeş” ermənilər meydançada ən qəddar terror təşkilatı olan “NEMESİS”in şüarlarını nümayiş etdirib:

“NEMESİS” Yunan Allahının adıdır və mənası yunanca “QİSAS” deməkdir. Bu terror təşkilatı 1920-ci ildə Fətəli Xan Xoyski də daxil olmaqla 7 nəfər tanınmış türk diplomatı və dövlət xadimlərini arxadan vuraraq vəhşicəsiə qətlə yetiriblər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru