İranın son diplomatik manevrləri onun nüvə silahı əldə edəcəyinə qədər genişmiqyaslı müharibəni özündən uzaqlaşdırmaq məqsədini güdür

18-04-2023, 08:24           
İranın son diplomatik manevrləri onun nüvə silahı əldə edəcəyinə qədər genişmiqyaslı müharibəni özündən uzaqlaşdırmaq məqsədini güdür
Azərbaycan və İran xarici işlər nazirlərinin aprelin 14-ü telefon danışıqları haqqında tərəflərin rəsmi məlumatlarındakı fərqlərin müqayisəsi iki ölkə arası münasibətlərdə mövcud ziddiyətlərə bir daha işıq salır.
Azərbaycan XİN-nin məlumatı daha quru və lakonik görünür.
İran rəsmi məlumatında isə bu görüş telefon danışırlarının 3-cü raundu kimi təqdim olunur.
Əslində, İran səfirliyinin dörd əməkdaşı Bakıda non-qrata elan olunandan sonra xarici işlər nazirləri arasında üçüncü telefon danışığı idi.
Lakin bizim versiyada heç bir raund xatırlanmır.
Buradan aydın olur ki, telefon danışıqlarına təşəbbüsü İran tərəfi göstərir. Deməli, bu danışıqlarda İran daha maraqlıdır yaxud belə görünməkdə maraqlıdır.
İranın rəsmi məlumatında xarici işlər nazirlərinin görüşünün hər iki paytaxtlarda keçirilməsinin gündəmdə olduğu deyilir. Azərbaycan XİN-i, "...zərurət olarsa, belə görüşün mümkünlüyü" bildirilir.
İrandan fərqli, Azərbaycanın bu görüşlərə skeptik münasibəti görünür.
Digər əhəmiyətli fərq danışıqların məzmunundakı vurğulardır.
İran məlumatda bildirir ki, danışıqlarda iki ölkə arasında razılaşmaların yerinə yetirilməsinin zəruri olduğu vurğulanıb. İki ölkə arasında razılaşmalar arasında İranın hal-hazırda ən aktual əndişəsi Azərbaycan ərəzisinin İrana qarşı hərbi müdaxilə üçün istifadə oluna bilməsidir.
Azərbaycanın məlumatında isə "Azərbaycan və İran münasibətləri müzakirə olunub", ayrı, "regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb", ayrı qeyd olunur.
İranın, iki ölkə arasında razılaşmaların yerinə yetirilməsini önə çəkməsinə sanki cavab olaraq, Azərbaycan XİN-nin məlumatında "müzakirə olunan" və "fikir mübadiləsi aparılan" mövzular iki paralel trekə ayrılıb- ikitərəfli münasibətlər və regional problematika. Birincisində Azərbaycan İranın maraqlarına anlaşıqla yanaşır və öz ərazisini İrana qarşı üçüncü qüvvələrin istifadəsinə verməyəcək. Regional mövzularda isə Azərbaycan öz dövlət maraq və mənafelərinə uyğun hərəkət edəcəyinə işarə edir.
Sonda İran, danışıqları konstruktiv adlandırır və tərəflər arasında məsləhətləşmələrin davam edəcəyini qeyd edir.
Bununla, İran Azərbaycanla münasibətlərin normallaşacağına ümidini itirmədiyini göstərir.
Azərbaycan öz açıqlamasında danışıqların davamı barədə heç nə bildirmir.
Aydındır ki, İranın son diplomatik manevrləri onun nüvə silahı əldə edəcəyinə qədər genişmiqyaslı müharibəni özündən uzaqlaşdırmaq məqsədini güdür. Belə müharibə qaçılmaz olsa, özünü şimaldan(Azərbaycandan) zərbələrdən sığortalamaq istəyir.
İranın hazırki xarici siyasətinə məhz bu kontekstdə baxmaq lazımdı. Nüvə silahının əldə olunmasının "5 dəqiqəliyində" olan ölkə əsas işini yarımçıq qoyub, müharibə etməz. O, yaxında olan nüvə silahını əldə etdikdən sonra yeni, daha üst səviyədə qlobal və regional təhlükəsizliyini qurar.
Ehtiyyatda olan zabit Nazim Bayram
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.