Makron pensiya islahatı haqqında qanunun qüvvəyə minəcəyi tarixi açıqlayıb

18-04-2023, 09:44           
Makron pensiya islahatı haqqında qanunun qüvvəyə minəcəyi tarixi açıqlayıb
Fransada pensiya islahatı haqqında qanun 2023-cü ilin payızında qüvvəyə minəcək. “Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron xalqa müraciətində deyib.

“Bildiyiniz kimi, Konstitusiya Şurası aprelin 15-də pensiya islahatını təsdiq edib və qanuni kimi tanıyıb”, - Makron bildirib.

Makron islahatın cəmiyyət tərəfindən aydın şəkildə qəbul edilmədiyini də bildirib və qeyd edib ki, bununla bağlı konsensusun tapılmaması təəssüfləndirici haldır.

Qeyd edək ki, islahat pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutur.

Fransada pensiya islahatına qarşı kütləvi küçə etirazları yanvarın sonundan davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru