Cenevrədə Azərbaycanın SPECA-ya sədrliyi ilə görüləcək işlər müzakirə edilib

18-04-2023, 07:37           
Cenevrədə Azərbaycanın SPECA-ya sədrliyi ilə görüləcək işlər müzakirə edilib
Cenevrədə Azərbaycanın 2023-cü ildə BMT-nin Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatı üçün Xüsusi Proqramına (SPECA) sədrliyi müddətində görüləcək işlər müzakirə edilib.

"Report" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov tviterdə paylaşım edib.

"SPECA-nın iştirakçı dövlətlərinin nazirlər görüşündə Azərbaycanın sədrliyi müddətində görüləcək işlər, üzv ölkələr arasında əməkdaşlığın təşviqi, milli iqtisadiyyatların səmərəliliyini artırmaq üçün inteqrasiyanın dəstəklənməsi və perspektiv layihələr barədə danışdıq", - paylaşımda qeyd olunur.

Tədbirdə Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın müvafiq sahəvi qurumlarının rəhbərləri iştirak ediblər.

Qeyd edək ki, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) 1998-ci ildə yaradılıb. Proqrama üzv dövlətlər Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstandır. Proqramın məqsədi üzv dövlətlər arasında əməkdaşlığın inkişafı və dünya iqtisadiyyatına inteqrasiyanın dəstəklənməsidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru