Çinin dünya nizamına qarşı fəaliyyətini dayandırmalıyıq

18-04-2023, 10:05           
Çinin dünya nizamına qarşı fəaliyyətini dayandırmalıyıq
Avropa Birliyi ölkələri Çinin beynəlxalq nizamı pozmaq cəhdlərinə qarşı durmalıdır.

Bu açıqlama ilə Niderlandın xarici işlər naziri Vopke Hoekstra çıxış edib.

"Çinin təzyiqini dayandırmaq üçün edə biləcəyimiz çox az şey olsa da, Çinin fəaliyyət göstərdiyi mühiti dəyişə bilərik. Geosiyasi yetkinlik həm də Çinin qaydalara əsaslanan beynəlxalq nizamı pozmaq cəhdlərinə qarşı vahid mövqeyi saxlamaq deməkdir", - nazir bildirib.

Eyni zamanda, Niderland naziri AB və Çin arasında iqlim dəyişikliyi, biomüxtəliflik və pandemiya ilə mübarizəyə hazırlıq sahəsində əməkdaşlığın təşviqini zəruri hesab edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru