Putin Ukraynanın işğal altında olan ərazilərinə getdi

18-04-2023, 11:17           
Putin Ukraynanın işğal altında olan ərazilərinə getdi
Putin qondarma "LXR"-də Milli Qvardiyanın qərargahına baş çəkib.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin qondarma "Luqansk Xalq Respublikası"nda (LXR) “Vostok” Milli Qvardiyasının qərargahına baş çəkib.

Putin general-polkovnik Aleksandr Lapinin və digər yüksək rütbəli zabitlərin məruzələrini dinləyib.

Dövlət başçısı səfərindən əvvəl Dnepr qoşun qrupunun Xerson istiqamətində yerləşən qərargahını ziyarət edib. Orada Hava-Desant Qüvvələrinin komandanı general-polkovnik Mixail Teplinskinin və Dnepr Qüvvələrinin komandanı general-polkovnik Oleq Makareviçin məruzələrini dinləyərək, hərbçiləri Pasxa bayramı münasibətilə təbrik edib.

Kremlin sonradan aydınlaşdırdığı kimi, sözügedən səfərlər əvvəlcədən planlaşdırılmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru