Avropa İttifaqı müşahidəçiləri Zod qızıl mədəninə baş çəkdilər... -Hansı məqsədlə?..

19-04-2023, 09:20           
Avropa İttifaqı müşahidəçiləri Zod qızıl mədəninə baş çəkdilər...
"Artıq dördüncü gündür ki, Sotk(Zod-S.L.) qızıl yatağında iş dayandırılıb. Təhlükəsizlik məqsədilə bütün mədən işçiləri təxliyə edilib və mədəndə işin nə vaxt bərpa olunacağı hələlik məlum deyil.

Bir müddət əvvəl məlum olub ki, Ermənistan Silahlı Qüvvələrinin nümayəndələrinin müşayiəti ilə mədənə müşahidə missiyasını həyata keçirən Avropa İttifaqı müşahidəçiləri baş çəkib. Lakin işçilər mədəndə olmayıblar".

TEREF.AZ moderator.az-a istinadla xəbər verir ki, bu haqda "ArmenianReport" məlumat yayıb.

Nəşr bildirir ki, Aİ müşahidəçilərinin gəlişi barədə Zod mədəninin Ermənistan tərəfindəki hissəsini istismar edən Rusiyanın “GeoProMining” şirkətinin nümayəndəsi Ruzanna Qriqoryan "Faktİnfo"-ya müsahibəsində danışıb. O, avropalı müşahidəçilərin mədənə səfərinin təfərrüatlarına aydınlıq gətirilməsi üçün Ermənistan Silahlı Qüvvələrinin nümayəndəsinə müraciət etməyi məsləhət görüb.

O, həmçinin bildirib ki, dünən "GeoProMining" şirkətinin rəhbərliyi də Zod mədəninə baş çəkib.

Xatırladılır ki, aprelin 14-də axşam saatlarında atəşkəsin pozulması nəticəsində Zod mədəninın işi qeyri-müəyyən müddətə dayandırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru