ABŞ İrana PUA elektronikası almağa kömək edən şirkətlərə sanksiya tətbiq etdi

20-04-2023, 12:08           
ABŞ İrana PUA elektronikası almağa kömək edən şirkətlərə sanksiya tətbiq etdi
ABŞ hakimiyyəti pilotsuz uçuş aparatları (PUA) və silah istehsalı da daxil olmaqla, elektronikanın alınmasında İrana dəstək verən altı qurum və bir fiziki şəxsə qarşı sanksiyalar tətbiq edib.

Bu barədə ABŞ Maliyyə Nazirliyinin çərşənbə günü dərc olunmuş bəyanatında deyilir.

“Bu gün ABŞ Xəzinədarlığının Xarici Aktivlərə Nəzarət İdarəsi İrana sabitliyi pozan hərbi proqramları üçün elektron komponentlər, o cümlədən PUA istehsalında istifadə olunan elementlər əldə etməkdə yardımçı olan altı qurum və bir şəxsə məhdudiyyətlər qoyub”, - sənəddə qeyd edilib.
Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru