"Cənubi Koreya Rusiya ilə sabit münasibətlər naminə Ukraynaya silah ötürmür" - KİV

20-04-2023, 12:15           
"Cənubi Koreya Rusiya ilə sabit münasibətlər naminə Ukraynaya silah ötürmür" - KİV
Cənubi Koreya prezidenti Yun Sok Yeol administrasiyası bildirib ki, hazırda Seul Moskva ilə sabit münasibətləri saxlamaq üçün Kiyevə silah vermək fikrində deyil AzVision.az xəbır verir ki, bu barədə “Yonhap” məlumat yayıb.

“Bizim buna getməməyimizin səbəbi Ukrayna xalqının azadlığını qorumaq üçün beynəlxalq ictimaiyyətin kursunu bölüşməklə Rusiya və Cənubi Koreya arasında münasibətlərdə sabitliyin qorunması zərurətidir”, - mənbə bildirib.

Qeyd edək ki, aprelin 19-da Cənubi Koreya prezidenti ilk dəfə olaraq Ukraynaya silah tədarükünün mümkünlüyünü etiraf edib. Administrasiya rəsmisi prezidentin sözlərini açıqlayaraq bildirib ki, Cənubi Koreyanın müdaxiləsinin səbəbi hipotetik olaraq dinc əhalinin kütləvi şəkildə qətlə yetirilməsi və ya beynəlxalq ictimaiyyətin ciddi reaksiyasına səbəb olacaq humanitar fəlakətin yaranması ola bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru