ABŞ müdafiə nazirindən İsveç AÇIQLAMASI: "Türkiyə rəhbəriliyinin nə vaxt qərar verəcəyi..."

20-04-2023, 12:45           
ABŞ müdafiə nazirindən İsveç AÇIQLAMASI:
ABŞ-ın müdafiə naziri Lloyd Ostin Türkiyənin F-16 qırıcıları donanmasının modernləşdirilməsi istiqamətində atılan addımlar çərçivəsində Link-16 taktiki məlumat mübadiləsi şəbəkəsinin modernləşdirilməsi üçün Türkiyənin avadanlıq tədarükünün Vaşinqton tərəfindən təsdiqlənməsinin vacibliyini qeyd edib.
Avropa.info xəbər verir ki, bu barədə Pentaqonun rəhbəri Stokholmda İsveçin müdafiə naziri Pal Consonla görüşündən sonra keçirilən mətbuat konfransında jurnalistlərə bildirib.
Vaşinqtonun Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 donanmasının modernləşdirilməsi layihəsi ilə bağlı qərarının Ankaranı İsveçin NATO-ya daxil olmaq istəyini dəstəkləməyə həvəsləndirmək üçün atdığı addım olub-olmaması ilə bağlı suala cavab olaraq, Ostin bildirib ki, Vaşinqton “heç kəsi qərar qəbul etməyə tələsmdirəyəcək”.
“Türkiyə NATO-nun mühüm müttəfiqidir. (Bu ölkənin) müasir imkanlara malik olması vacibdir. Onların (Türkiyə) rəhbərliyinin nə vaxt qərar verəcəyi ilə bağlı proqnoz vermək fikrində deyiləm. Mən yalnız bir şeyi demək istərdim - qərarın tezliklə qəbul edilməsi böyük əhəmiyyət kəsb edir, çünki biz hamımız bu yay Vilnüsdə (NATO sammitində) çox səlahiyyətli İsveçin yanımızda oturmasını səbirsizliklə gözləyirik”, - deyə o, bildirib.
ABŞ-ın İsveçin Alyansa üzvlüyünü hələ ratifikasiya etməmiş ölkələrlə bağlı hansı addımları ata biləcəyi ilə bağlı suala cavab olaraq, Ostin Vaşinqtonun onları buna təşviq edəcəyini bildirib. “İndiyə qədər gördüyümüz iş (ölkələri) qərar qəbul etməyə təşviq etməkdir. Mən bir çox üzv ölkələrin müdafiə nazirləri ilə görüşlər keçirmişəm və onların hamısı eyni fikirdədir. İnanıram ki, bütün dövlətlər bunu iyula qədər edəcək”, - Pentaqonun rəhbəri bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.